“Qazprom” Moldovaya göndərilən təbii qazın bir hissəsinin Ukraynada saxlandığının müəyyən edildiyini açıqlayıb.
İnterpress.az “Anadolu Ajansı”na istinadən bildirir ki, şirkət Moldova tərəfinin sözügedən qaza görə lazımi ödənişi həyata keçirməsi nəticəsində qaz nəqlinin azaldılmamasına qərar verildiyini açıqlayıb.
Bəyanatda Moldovanın müqavilə öhdəliklərini tez-tez pozduğu və “Qazprom”un qaz nəqlini tamamilə dayandırmaq hüququnu özündə saxladığı vurğulanıb.
“Qazprom”un noyabrın 22-də verdiyi açıqlamada Moldovaya göndərilən təbii qazın bir hissəsinin Ukraynada qaldığı, vəziyyətin belə davam edəcəyi təqdirdə noyabrın 28-dən etibarən Ukrayna üzərindən qaz nəqlinin azalacağı bildirilib.