“Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı gənclərin fəallığı ən yüksək səviyyədədir”. Secki-2024.az saytının xəbərinə görə, bunu Azərbaycan Gənclər Fondunun (AGF) icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov deyib.
O bildirib ki, gənclər arasında vətəndaşlıq borcunun yerinə yetirilməsi ilə bağlı daim təşviqat işləri aparılır: “Gənclərin fəallığı bizi sevindirir, fərəhləndirir. Ümid edirəm ki, qarşıdan gələn prezident seçkilərində bu fəallığın növbəti dəfə şahidi olacağıq”.
Keçirilən tədbirlərdə, atılan addımlarda rəqəmsallaşma, müasir tendensiyaların daim əsas götürüldüyünü deyən Q. Xəlilov 2024-cü ilin də yaddaqalan olacağını dilə gətirib.