Türk müdafiə sənayesinin zirehli quru maşını istehsalçılarından biri olan Nurol Makina 400-dən çox hərbi maşından ibarət donanması ilə Qətərin təhlükəsizliyinə töhfə verir.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Türkiyə müdafiə sənayesinin qabaqcıl zirehli quru maşını istehsalçılarından biri olan Nurol Makina 8-ci Doha Beynəlxalq Dəniz Müdafiəsi Sərgi və Konfransında (DIMDEX 2024) Qətər ordusunun istifadə etdiyi taktiki təkərli avtomobili Ejder Yalçın sərgiləyib.
Nurol Makina baş direktorunun müavini Anıl Karel, Qətərdəki müxtəlif təhlükəsizlik və hərbi hissələrin ehtiyaclarını qarşılamaq üçün 2017-ci ildə avtomobil tədarükü müqavilələrinə başladıqlarını söyləyib.
Qətərdə Barzan Holdinqlə əməkdaşlıq etdiklərini və holdinq vasitəsilə müqavilələr bağladıqlarını bildirən Karel, bu günədək Qətərdə müxtəlif bölmələrdə 400-dən çox avtomobilin işlədiyini bildirib.