QHT Sədri: “Şəhid imza” layihəsi qalib oldubackend

QHT Sədri: “Şəhid imza” layihəsi qalib oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilən 2024-cü il kiçik qrant müsabiqəsinin qalibləri sırasında “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi də yer alıb.

İnterpress.az xəbər verir ki, Vətəndaş Cəmiyyəti Təşkilatının Sədri, tanınmış telejurnalist Günel Gözəlovanın sözlərinə görə, nəticələr gec açıqlansa da, yetərincə şəffaf və ədalətli qərar verilib:
“Rəhbəri olduğum İB-yin təqdim etdiyi layihədə “İtkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə” məsələləri üzrə mövzuya müraciət etmişdik. 413 qalibdən biri də mənim təşkilatımdır. Agentliyin 2024-cü il üzrə elan etdiyi kiçik, orta və böyük qrant müsabiqələrində iştirak üçün ümumilikdə 779 təşkilatdan müraciət daxil olduğunu bilirik. Bu dəfə bütün prosses tam elektronlaşdırılmışdı. Bütün layihələr “bir pəncərə”dən qəbul edildi. Budəfəki müsabiqədə QHT-lər cəmiyyətin içərisindən gələn digər mövzuları da rahatlıqla ortaya qoya bildi. “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyinin “Şəhid İmza” layihəsinin vətənimiz, dövlətimiz, vətəndaşımız, xüsusən media üçün faydalılığını gözardı etməyən Müşahidə Şurasına və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdaram. JSİD – Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyi media nümayəndələrinin dəstəyi və iştirakı ilə hələ böyük işlər görəcək”.