Qızlardan dəhşətli əməl – Evli kişiləri görüşə çağırıb… – VİDEObackend

Qızlardan dəhşətli əməl – Evli kişiləri görüşə çağırıb… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankarada polis kişilərə qarşı soyğunçuluq törədən dəstə üzvlərini həbs edib.

İnterpress.az xəbər verir ki, “Yarasa qız” adlı əməliyyat zamanı 82-si qadın olmaqla 115 nəfər saxlanılıb. Məlum olub ki, xanımlar müxtəlif üsullarla tanış olduqları kişiləri evə, otelə və digər məkana çağırıblar. Evə gələn şəxslər dəstənin kişi üzvlərinin hücumuna məruz qalıblar. Şübhəlilər evə gələn kişilərin üzərindəki pul və bahalı əşyaları ələ keçiriblər.
Məlumata görə, soyğuna məruz qalan kişilərin əksəriyyəti utandıqları və ya ailəli olduqları üçün hadisə barədə polisə şikayət etməkdən çəkiniblər. Polis anonim zəng əsasında məsələni araşdıraraq, dəstənin üzvlərini ifşa edib.

 

İnterpress.az