Qubada kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikintinin qarşısı alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Quba rayonunun Digah kəndi ərazisində fiziki şəxsin kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işləri apardığını aşkarlayıb.
Dövlət Agentliyi Quba Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikilini söküb.