Ramin Bayramlı istefa verdi – RƏSMİ + FOTObackend

Ramin Bayramlı istefa verdi – RƏSMİ + FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı tutduğu vəzifədən azad edilməsi üçün ərizə yazıb.

O bu barədə “Twitter” səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

“Hörmətli dostlar!

Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm. İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm.

Bundan sonra da Vətənimə və xalqıma xidmətimi davam etdirəcəyəm” – o, tvitində bildirib.