Xalq artisti Rasim Balayev yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.
Bu barədə Teatr Xadimləri İttifaqının “Aktyor Evi”ndə baş tutan Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsilə bağlı keçirilən konfransda yekdilliklə qərar qəbul olunub.
Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilən Rasim Balayev çıxışında Şəfiqə Məmmədovanın namizədliyini geri götürəcəyini gözləmədiyini deyib və onu etimad göstərənlərə təşəkkürünü bildirib.
Qeyd edək ki, Bakıda keçirilən tədbirdə hər iki kino ittifaqının birləşməsinə qərar verilib və yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub.
Xatırladaq ki, Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlikdən imtina edib.