“Real Hospital” Məhdud Məsuliyyətli Cəmiyyəti vergi borcunu ödəmir.
Bu barədə İqtisadiyyat.az Dövlət Vergi Xidmətindən məlumat əldə edib.
Qeyd edilib ki, klinikanın hazırda yığılan vergi borcu 33 000 manatı ötüb.
Qeyd edək ki, “Real Hospital” 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi hospitalın baş həkimi anestezioloq- reanimatoloq Rövşən Yusibovdur. Klinika Yasamal rayonunda yerləşir.