“Rəfah strateji baxımdan İsrail üçün çox önəmlidir” – ŞƏRHbackend

“Rəfah strateji baxımdan İsrail üçün çox önəmlidir” – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail-HƏMAS müharibəsi artıq “razvyaska” (düyünün açılması) mərhələsindədir. İsrail son olaraq Rəfah bölgəsini ələ keçirməyə çalışacaq. Bu bölgə strateji baxımdan İsrail üçün önəmlidir. Buranı ələ keçirməklə Qəzzanın Misirlə bağını qoparmış olacaq. Yəni Qəzza bundan sonra blokada şəraitində mövcud olacaq.

Bu fikirləri İsrailin Rəfaha hücumu ilə bağlı İnterpress.az-ın suallarını cavablandıran konfliktoloq Elman Vəliyev səsləndirib.

O hesab edir ki, Rəfaha nəzarət İsrailin əlini daha da gucləndirəcək.

“İki tərəf arasında bir anlaşma gözləyirəm. İsrail üçün avantajlar çoxdur, amma müharibədə istədiyinə nail ola bilməyib.

HƏMAS-a güclü dəstək olmadı. Mahmud Abbas (Fələstin Prezidenti) bölgədə özünün bir dominantlığının yaranmasını istəyirdi. Yəni Abbas istəyidi ki, Qəzza bölgəsi də Fələstin dövlətinin (hansı ki de-yure edilməsini istədiyi dövlət) tərkibində Abbasın idarəsinə verilsin. Anlaşma da belə bir nöqtə də absurd variant sayılmaz, lakin reallaşma faizi azdır.

İki tərəf arasında anlaşma olarsa (Misirin vasitəçiliyi daha keçərlidir) aşağıdakılar ola bilər:

Əsirlərin dəyişdirilməsi;

Oslo anlaşmalarının aktuallığı;

HƏMAS-a humanitar yardım dəhlizlərinin açılması.

Zənn etmirəm ki, İsrail tutduğu bütün mövqeləri tərk etsin və demilitarizasiya zonası məqbul ola bilər”.

Xuraman Etibarlı

İnterpress.az