“Reuters”: Azərbaycan COP29 çərçivəsində yoxsul ölkələr üçün yaşıl investisiya fondu yaratmağı planlaşdırırbackend

“Reuters”: Azərbaycan COP29 çərçivəsində yoxsul ölkələr üçün yaşıl investisiya fondu yaratmağı planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan COP29 çərçivəsində yoxsul ölkələr üçün yaşıl investisiya fondu yaratmağı planlaşdırır.

interpress.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yüksək vəzifəli məmura istinadən yazır. Bildirilir ki, noyabrda Bakıda keçiriləcək COP29 konfransı zamanı Azərbaycan yoxsul ölkələrdə yaşıl investisiyalar fondu yaratmağa hazırlaşır.

Qeyd olunur ki, Bakı iqlim dəyişikliyi ilə mübarizə üçün vəsait toplamaq üçün qalıq yanacaq istehsalçılarına vergi təklif etmək planlarından imtina edib.

Mənbələrin məlumatına görə, Fars körfəzində neft və qaz hasil edən ölkələr bu verginin tətbiqi ideyasına qarşı çıxıblar.

Mənbələrdən biri qeyd edib ki, “Biz maraqlı tərəflərlə – digər potensial investorlarla – müzakirələrimizin bir neçə mərhələsini keçirdik və biz fond ideyasını potensial investorlar üçün cəlbedici etmək üçün düzəliş etməli olduq”.

O əlavə edib ki, Azərbaycan yuxarıda qeyd olunan fondun əsas donorlarından biri olacaq.

Xuraman Etibarlı

İnterpress.az