Rey Daliodan QORXULU PROQNOZ: “Böyük Dövrün” təhlükəli fazasına daxil oluruq – FOTObackend

Rey Daliodan QORXULU PROQNOZ: “Böyük Dövrün” təhlükəli fazasına daxil oluruq – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya mövcud qaydaların açıq şəkildə dağılması mərhələsinə keçir.

İnterpress.az xəbər verir ki, bu barədə əfsanəvi amerikalı maliyyəçi və milyarder investor Rey Dalio məlumat yayıb.

Dalionun fikrincə, dünya “Böyük Dövrün” (Big Cycle) təhlükəli fazasına daxil olur.

O bildirib ki, ABŞ və bütövlükdə dünya hazırda 5-ci mərhələdən 6-cı mərhələyə — yəni dünya düzəninin ilkin sarsılmasından onun açıq şəkildə dağılması və sıradan çıxması mərhələsinə keçid ərəfəsindədir.

Məşhur investor bu vəziyyəti yaradan əsas faktorları belə sadalayıb:

  • Dövlətlər həddindən artıq borc yükü altındadır, gəlirlər və dəyərlər arasındakı uçurum isə sürətlə böyüyür;

  • İqtisadi şoklar sosial və siyasi gərginliyi daha da kəskinləşdirir;

  • Pullar dayanmadan çap edilir, lakin onlar səmərəli investisiyalara yönəlmir;

  • Populizm və qütbləşmə cəmiyyətdəki mülayim qüvvələri sıxışdırıb çıxarır;

  • Media və dövlət təsisatlarına olan inam tamamilə itir;

  • Zorakılıq halları artıq real dünyaya və gündəlik həyata keçməyə başlayır.

Rey Dalio hesab edir ki, yaranmış bu vəziyyətdən çıxmaq üçün cəmi iki yol qalıb: ya ağrılı, lakin cəmiyyəti birləşdirən ciddi islahatlar aparılmalı, ya da mövcud sistem böhran və genişmiqyaslı münaqişə yolu ilə güclə yenidən qurulmalıdır.

Xuraman Etibarlı

İnterpress.az