Roma Papası Buçadan göndərilən Ukrayna bayrağını öpdübackend

Roma Papası Buçadan göndərilən Ukrayna bayrağını öpdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Roma Papası Fransisk Ukraynanın Buça şəhərindəki vəhşiliyi pisləyib və Rusiyanın hərbi təcavüzündən əziyyət çəkən Kiyev vilayətindəki şəhərdən ona göndərilən Ukrayna bayrağını qaldırıb.

“Ukraynadakı müharibə ilə bağlı son xəbərlər, rahatlıq və ümid əvəzinə, Buçadakı qırğın kimi yeni vəhşiliklər haqqında xəbərlər gətirdi”, – deyə o, Vatikan zalında bildirib.

İnterpress.az xəbər verir ki, Roma Papası dinc əhaliyə, müdafiəsiz qadınlara və uşaqlara qarşı vəhşiliyi pisləyərək Ukraynada müharibəni dayandırmağa çağırıb.

Ukraynanın üzərində yazı və rəmzləri olan qaralmış və ləkələnmiş bayrağının ona ötən gün Buçadan gətirilib.

“Müharibədəndir, bu qəhrəman şəhərdən, Buçadandır”, – deyə o, minlərlə tamaşaçı qarşısında alqışlarla qarşılanan bayrağı öpüb.

Papa daha sonra bir qrup ukraynalı qaçqın uşağın yanına gəlməyini xahiş edib və hər birinə şokoladlı Pasxa yumurtası verib.