“Rossiya” kanalının AzTV-yə qarşı 5 milyonluq iddiasının ŞOK SƏBƏBLƏRİbackend

“Rossiya” kanalının AzTV-yə qarşı 5 milyonluq iddiasının ŞOK SƏBƏBLƏRİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

3 il oldu…

Rövşən Məmmədovun AzTV-yə rəhbər gətirilməsini deyirəm… Düzünə qalsa Rövşənin AzTV-yə rəhbər gətirilməsini ilk günlər mən də təqdir etdim. Düşündüm ki, qocaman AzTV-yə nəhayət ixtisasca bir jurnalist rəhbər təyin edildi. Amma mənim bu düşüncəm cəmi bir neçə günə fiaskoya uğradı. Rövşən kollektivlə rəhbər kimi ilk görünüşdə bəyan etdi ki, “Mən AzTV-ni CNN, Əl-Cəzirə, Evronyus səviyyəsinə qaldıracam…”

Bax, bu zaman anladım ki, AzTV-yə çox yanlış bir rəhbər gəlib. Çünki, bu cür şit və bayağı sözləri ancaq avantüristlər səsləndirə bilər. AzTV-ni yüz milyonlarla büdcəsi və milyardlarla izləyicisi olan hansısa televiziya ilə müqayisə etmək ən azından ağılsızlıq idi.

Üstəlik gördüm ki, bu adam heç AzTV-nin statusunu və missiyasını bilmir. Televiziyanın missiyasını bilməyən bir adamın uğurlu rəhbər olacağına inanmaq isə sadəcə axmaqlıq olardı… Hadisələrin sonrakı inkişafı göstərdi ki, mən sonrakı fikrimdə yanılmamışam.

Rövşən öz bəsitliyini və məkrli niyyətini elə ilk günlərdə biruzə verdi. Onun televiziyada atdığı ilk addımlar studiyaların “yenidənqurulması” oldu. Amma aparılan bu “yenidənqurma” işləri kosmetik xarakter daşıyır və Rövşənin korporativ maraqlarına xidmət edirdi. Bu barədə çox danışıldığı üçün məsələnin üstündə çox dayanmayacağam.

Amma bu kosmetik dəyişikliklər onu sübut etdi ki, Rövşənin qocaman kollektivdə yeniliklər etməyə, tamaşaçıların zövqünə oxşayan verilişlər hazırlamağa və ən başlıcası Ölkə rəhbərliyinin etimadını doğrultmağa nə potensialı var, nə də ki, həvəsi. Rövşənin tək hədəfi daha çox pul qazanmaq, özünün və yaxınlarının qısa zamanda sosial problemlərini həll etmək idi. Buna da zaman-zaman nail oldu.

Bu yolda isə Rövşən plagiatçılığı özünə hədəf seçdi. Onun AzTV-də gözə çarpan ilk dəyişikliyi hər 3 televiziyanın loqosunun dəyişdirilməsi oldu. Bunun üçün külli miqdarda dövlət vəsaiti “xərclənildi”. Amma sonda bəlli oldu ki, AzTV-nin, Mədəniyyət və İdman kanallarının loqosu plagiatdır. Özü də bədnam ermənilərdən oğurlanıb. Buyurun baxın: