Rövnəq Abdullayevin müalicə almaq məqsədilə Londona getməsinin PƏRDƏARXASI – ŞOK İDDİAbackend

Rövnəq Abdullayevin müalicə almaq məqsədilə Londona getməsinin PƏRDƏARXASI – ŞOK İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rövnəq Abdullayevin SOCAR-ın rəhbəri vəzifəsindən azad olunduqdan sonra qeybə çəkilməsi ictimaiyyətdə maraqlı suallar yaradıb.

Etibarlı mənbələrdən İnterpress.az-a daxil olan məlumata görə, onun yeni vəzifəyə təyin olunandan sonra özünü gizlətməsinin arxasında biznes maraqları dayanır.

İddialara görə, R.Abdullayev iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin olunduqdan sonra daha çox öz şəxsi bizneslərini idarə etməyə vaxt ayırmağa başlayıb. Onun ölkə hüdudlarından kənarda yaratdığı saymaqla tükənməyən bizneslərinə artıq iki ildir şəxsən özünün nəzarət etdiyi iddia olunur.

Buna səbəb isə oğlunun bir neçə il əvvəl milyonluq saatını oğurlatmasından sonra ona olan etibarının azalmasıdır. Məhz buna görə R.Abdullayev varidatını oğlu Rəşada etibar etməkdən çəkinir.

Bu günlərdə AFFA-nın İcraiyyə Komitəsinin növbəti toplantısında iştirak etməməsi də bunun bariz nümunəsidir. Məlumata görə, R.Abdullayev yanvarın əvvəlində təcili olaraq Londonda getməli olub. Biznes fəaliyyətini genişləndirmək üçün yeni işbirlikləri ilə əlaqədar ölkəni tərk etdiyi istisna deyil.

Buna baxmayaraq, o, guya səhhətində yaranmış problemlərlə əlaqədar olaraq müalicə almaq məqsədilə xaricə getdiyi barədə həqiqətə uyğun olmayan yalan informasiyanı mətbuat vasitəsilə yaymağı bacarıb.

Başı öz şəxsi biznesinə qarışan nazir müavininin vəzifəsinin icrası isə sual altındadır. Doğrusu, uzun illər Socar-a rəhbərlik etməsinə baxmayaraq, o, ictimaiyyətdə yalnız neftin pulunu mənimsəməklə tanınır.

Rəşadın İspaniyada milyonluq saatını oğurlatmasından sonra isə Rövnəq Abdullayev nəinki ölkəmizdə, eləcə də bütün dünyada məşhurlaşmağa başlayıb. Varidatının, var-dövlətinin, sərvətinin ucu-bucağı bilinməyən R.Abdullayev məhz ciddi araşdırma materiallarından sonra dünyaca nüfuzlu nəşrlər tərəfindən planetin ən korrupsioner dövlət məmuru kimi təqdim edilib.

Keçmiş SOCAR rəhbərinin indi harada olması isə ictimaiyyətə məlum olmasa da, hazırda onun Londonda olduğu iddia edilir. Qeyd olunur ki, müalicə almaq məqsədilə xaricə gedən nazir müavini həmçinin Azərbaycandakı varidatını da ölkədən çıxarmağa çalışır. Bunun üçün Londonda əlaqələr yaratdığı ortağı vasitəsilə buradakı sərvətini çıxarmağın yollarını axtarır.