Ruandada daşqın və torpaq sürüşmələrində ölənlərin sayı 129-a çatıbbackend

Ruandada daşqın və torpaq sürüşmələrində ölənlərin sayı 129-a çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ruandanın qərb və şimal əyalətlərində dünəndən bəri təsirli olan şiddətli yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayı 129-a çatıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, ölkədə dünən başlayan sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı artıb.

Ölkədə son dövrlərin ən böyük fəlakətlərindən biri olduğu bildirilən sel və torpaq sürüşmələrində 129 nəfər həyatını itirib.

Bölgədə axtarış-xilasetmə işləri davam edərkən, daşqınlar və torpaq sürüşmələri bir çox evi dağıdıb, kənd təsərrüfatı sahələrinə ziyan vurub, Mukamira-Ngororero və Rubavu-Rutsiro yollarını zədələyib.

Ruanda Meteorologiya Müdirliyi may ayında mövsüm normalarının üzərində yağıntıların ölkənin bir çox bölgəsinə təsir edəcəyini açıqlayıb.