Rumıniya sahillərində yük gəmisi qəzaya uğradıbackend

Rumıniya sahillərində yük gəmisi qəzaya uğradı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniya sahillərində yan üstə uzanan və heyəti təxliyə edilən gəmi Kastamonu Cide rayonuna doğru sürüklənib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Cide rayonunun İlyasbəy kəndi sahilinə gələn gəmi ilə bağlı bölgəyə TCSG 96 İnebolu Sahil Mühafizə Qayıq Komandanlığı cəlb edilib.

Komandalar ehtiyat yoxlamalarını davam etdirirlər.

Trabzon limanından 6 min 497 ton karbamid yükü ilə Ukraynanın Çornomorsk limanına hərəkət edən Palau bayraqlı yük gəmisi “Nordea Star” yükün Rumıniya sahillərində sürüşməsi nəticəsində yan tərəfə çevrilib.

Sürməyə başlayan gəmidə olan 16 Suriya və 1 Misir vətəndaşı olan ekipaj Rumıniya səlahiyyətliləri tərəfindən təxliyə edilib.

Rumıniya sahillərində yan üstə uzanan quru yük gəmisi Kastamonuya doğru sürüklənib.

İlyasbəy kənd muxtarı Əhməd Sevinç jurnalistlərə bildirib ki, gəmi dünən axşam saatlarında onların kəndlərinə yaxın əraziyə gəlib.

Qəzaya səbəb isə gəminin artıq gübrə dolu kisələrlə yüklənməsi olub.

Gəmi batmaq təhlükəsi ilə üzləşib.