Rusiya 6 ay müddətinə benzin ixracına qadağa qoyubbackend

Rusiya 6 ay müddətinə benzin ixracına qadağa qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hökuməti martın 1-dən başlayaraq 6 ay müddətinə benzin ixracına qadağa qoyub.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Rusiya hökumətindən verilən açıqlamada ölkənin yanacaq bazarında sabitliyin qorunub saxlanılması üçün tədbirlərin görüldüyü və bu çərçivədə 1 mart tarixindən etibarən benzin ixracının 6 ay müddətinə qadağan edildiyi, hökumətlərarası razılaşmalarla daşımaların həyata keçirildiyi bildirilib.

Baş nazirin müavini Aleksandr Novak dünən deyib ki, benzin ixracına qoyulan mümkün qadağa nəzərdə tutulduğundan daha tez aradan qaldırıla bilər.

Rusiyada benzin və dizelin qiymətinin artması ilə əlaqədar olaraq 2023-cü ilin sentyabrında benzinin ixracına qadağa qoyulub, təxminən 2 ay sonra isə qadağa götürülüb.