Rusiya Baş Prokurorluğu Yaponiyanın Şimal Əraziləri Assosiasiyasını arzuolunmaz ELAN ETDİbackend

Rusiya Baş Prokurorluğu Yaponiyanın Şimal Əraziləri Assosiasiyasını arzuolunmaz ELAN ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Baş Prokurorluğu Yaponiyanın Şimal Əraziləri Assosiasiyasını arzuolunmaz elan edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

“Qərargahı Tokioda yerləşən təşkilat özünü müstəqil və qeyri-hökumət təşkilatı kimi təqdim edir, lakin o, ilk növbədə büdcə vəsaitləri hesabına maliyyələşir”, – məlumatda deyilir.

Assosiasiyanın üzvləri Rusiyanın İturup, Kunaşir və Kiçik Kuril silsiləsi adalarına aid edilən “şimal əraziləri” mövzusundan sui-istifadə edir və Rusiyanın onlar üzərindəki yurisdiksiyasını tanımadıqlarını açıq şəkildə bəyan edirlər”.

Baş Prokurorluğun məlumatına görə, təşkilat Yaponiyada “Şimal Əraziləri”nin qaytarılması üzrə ümummilli hərəkatın sponsorudur və “Şimal Əraziləri Öz Gözümüzlə” layihəsini həyata keçirir.

Xuraman Etibarlı

İnterpress.az