Rusiya Futbol İttifaqının prezidentinə sanksiya tətbiq edilibbackend

Rusiya Futbol İttifaqının prezidentinə sanksiya tətbiq edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya hakimiyyəti Rusiya Futbol İttifaqının (RFS) prezidenti Aleksandr Dyukov və təşkilatın qəyyumlar şurasının üzvü Leonid Mixelsona sanksiya tətbiq edib.

İnterpress.az xəbər verir ki, siyahıya həmçinin Moskva “Lokomotiv”inin müdafiəçisi, “Soçi” klubunun prezidenti Boris Rotenberqin oğlu Boris Rotenberq də salınıb.

Qeyd edək ki, Aleksandr Dyukov 2019-cu ildən RFS-ya rəhbərlik edir. O, 2021-ci ildə daha dörd illik müddətə qurumun prezidenti seçilib.