Rusiya NATO-dan fərqli olaraq heç kimi təhdid etmir.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
Peskov Almaniya kəşfiyyatının rəhbəri Bruno Kalın Moskvanın 10 il ərzində alyansa hücum etməyə hazır olacağını bəyan edən açıqlamalarını şərh edib.
“Rusiya Silahlı Qüvvələri ölkəni müdafiə etmək üçün bütün lazımi potensiala malikdir, lakin onlar NATO-dan fərqli olaraq heç kimi təhdid etmirlər.
Rusiya öz təhlükəsizliyini təmin edir və Rusiya bunun üçün lazım olan hər şeyi edir. Rusiya bunun üçün bütün lazımi potensiala malikdir”, – Kreml nümayəndəsi vurğulayıb.
Rusiya prezidentinin mətbuat katibi əlavə edib:
“Rusiya öz hərbi infrastrukturu ilə heç vaxt NATO-ya doğru hərəkət etməyib – proses həmişə əksinə olub”.
Xuraman Etibarlı
İnterpress.az