Rusiyada “Coca-Cola”nın yerli versiyası yaradılıb.
İnterpress.az xəbər verir ki, qonşu ölkənin bazarlarında artıq satışa çıxarılan məhsul Komi Respublikasında istehsal edildiyindən ona “Komi Kola” adı verilib. Yerli içki “Coca-Cola” şirkətinin Rusiya bazarlarından geri çəkilməsinə cavab olaraq ərsəyə gətirilib.
Bu haqda Komi Republikasının rəsmi Teleqram səhifəsində məlumat verilib.
“Komi Respublikasının öz kolası var. Yerli məhsula tələbat hər gün dayanmadan artır”, – deyə səhifədə qeyd edilib. Bildirilib ki, sakinlər yeni içkini Arxangelsk vilayətindəki mağaza rəflərində də tapa biləcəklər.
Ukraynadakı münaqişə uzanarsa, qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalarından sonra “Coca-Cola” şirkəti bu və ya digər məqamda Rusiyadakı biznesini tamamilə ixtisar edəcəyini açıqlamışdı.