Rusiya qazını kimə satacağını bilmir, bizi də yandırmağa qoymur – Ermənistanda ETİRAZbackend

Rusiya qazını kimə satacağını bilmir, bizi də yandırmağa qoymur – Ermənistanda ETİRAZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

100-ə yaxın erməni Mxçyan kəndi və ətraf ərazilərdə dəmir yolunu bağlayıb. etiraz edirlər.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Mitinq iştirakçıları bildirib ki, “Qazprom” Mxçançikin istixanalarının qızdırılmasına icazə vermir.

“Bu, Artaşatin “Qazprom”udur. Deyirlər ki, bizim o qədər isitməyə ixtiyarımız yoxdur, pul veririk, səbəbin nə olduğunu başa düşmürük”, – kənd sakini deyib.

O qeyd edib ki, “Qazprom” onların yanına gəlib, qazı kəsməyəcəklərini, evinizə gedin deyiblər.

“Onun yanında Artaşati kəndi var, bu adamlar Masis, Tsaxkaşen, Arevabyur, Dimitrov kəndlərindən gəliblər. Deyirlər ki, bu problemi yaza qədər buraxacağıq, amma camaat konkret cavab istəyir. Bu gün Rusiya qazını kimə satacağını bilmir və bu insanlar da onu yandırmağa imkan vermirlər”, – etirazçılar bildirib.

Xuraman Etibarlı

İnterpress.az