Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Qəzza zolağında faciəli hadisələrin baş verdiyini və bunların qeyri-insani olduğunu bildirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Lavrentyev deyib ki, qısa müddətdə qadın və uşaq da daxil olmaqla, bu qədər insanın həlak olması həqiqətən cinayətdir. Bunu soyqırım kimi qələmə vermək olar.
Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev dünən Qazaxıstanın ev sahibliyi ilə Astanada başlayan və bu gün ümumi iclasla başa çatan Suriya üzrə 21-ci Astana danışıqlarından sonra mətbuat konfransı keçirib.
Qəzza zolağındakı vəziyyətə toxunan Lavrentyev deyib ki, baş verən faciəvi hadisələr qeyri-insani xarakter alıb. Qısa zamanda qadın və uşaq da daxil olmaqla, bu qədər insanın həlak olması həqiqətən cinayətdir. Bunu belə xarakterizə etmək olar.