Rusiya sülhməramlıları Qarabağdan Dağıstan vasitəsilə mərhələli şəkildə ÇIXARILIRbackend

Rusiya sülhməramlıları Qarabağdan Dağıstan vasitəsilə mərhələli şəkildə ÇIXARILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması mərhələli şəkildə həyata keçirilir.

İnterpress.az xəbər verir ki, bu barədə diplomatik mənbə erməni mediasına bildirib. Mənbə Azərbaycan mətbuatının Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasına başlaması ilə bağlı xəbərlərini təsdiqləyib.

O bildirib ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması mərhələli şəkildə həyata keçirilir.

“Kontingentin çıxarılması eşelonla Dağıstan vasitəsilə həyata keçirilir. Yekun geri çəkilmə vaxtı hələ açıqlanmayıb. Sülhməramlılar artıq Dadivəng (Xudavəng – red.) monastır kompleksini tərk ediblər”, – diplomatik mənbə bildirib.

O qeyd edib ki, Moskva və Bakı Rusiya sülhməramlı kontingentinin geri çəkildiyini rəsmən açıqlamayıb.

Xuraman Etibarlı

İnterpress.az