Rusiya XİN Ermənistan rəhbərliyini verdiyi vədləri pozmaqda ittiham edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan hakimiyyətinin Rusiya əleyhinə addımlar atmayacağı barədə verdiyi vədləri yerinə yetirmədiyini bildirib.
“Ermənistan rəhbərliyi, yeri gəlmişkən, Moskvaya son səfərləri zamanı Rusiyaya qarşı heç bir addım atmayacağına dair əmin edirdi. Əgər vədlərlə bağlı vəziyyət belədirsə, deməli, Ermənistan rəhbərliyi özünü təkcə Moskvada və təkcə Rusiya vətəndaşları ilə deyil, ümumiyyətlə verdiyi vədlərə əməl etmədən aparır”, – Zaxarova vurğulayıb.
Qeyd edək ki, bu həftə İrəvanda Ermənistan rəhbərliyinin Avropa ölkələrinin liderləri ilə bir sıra görüşləri keçirilib.
Xuraman Etibarlı
İnterpress.az






