Rusiyada Avropaya kokain daşıyan şəxs HƏBS EDİLDİ – VİDEObackend

Rusiyada Avropaya kokain daşıyan şəxs HƏBS EDİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva vilayətində 311,6 kiloqram kokainlə narkotik qaçaqmalçılığı təşkilatçısı saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Moskva vilayətində 2001-ci il təvəllüdlü Rusiya vətəndaşı 311,6 kiloqram kokainin Latın Amerikasından Avropa İttifaqına daşınmasında iştirak etməkdə şübhəli bilinərək saxlanılıb.

FSB-nin məlumatına görə, işsiz olan şəxs narkotik vasitələrin xüsusilə külli miqdarda qanunsuz satışı ilə məşğul olan və “darknet” üzərindən fəaliyyət göstərən mütəşəkkil cinayət qrupunun fəal üzvlərindən biri olub.

Saxlanılan şəxs barəsində xüsusilə külli miqdarda narkotik vasitələrin satışına cəhd maddəsi ilə cinayət işi açılıb və o, həbs edilib.

Xuraman Etibarlı

İnterpress.az