Rusiyada dəhşətli TUFAN: Ağaclar çadırda yatan turistlərin üzərinə AŞDI – VİDEObackend

Rusiyada dəhşətli TUFAN: Ağaclar çadırda yatan turistlərin üzərinə AŞDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sverdlovskda qasırğa zamanı ağacların çadırların üzərinə aşması nəticəsində turist ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Sverdlovsk vilayətində baş verən güclü qasırğa zamanı turist düşərgəsində ağır bədbəxt hadisə qeydə alınıb. Çusovaya çayı yaxınlığındakı meşəlik ərazidə düşərgə salan turistlərin üzərinə kəskin qasırğa zamanı nəhəng ağaclar aşıb.

Güclü külək çadırların yerləşdiyi düşərgənin bir hissəsini tamamilə darmadağın edib.

Hadisə nəticəsində çadırda olan bir qadın turist faciəvi şəkildə həyatını itirib, daha bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ərazidə olan digər turistlər operativ şəkildə təhlükəsiz yerə təxliyə ediliblər.

Məlumata görə, həmin turist qrupunun getdiyi marşrut rəsmi dövlət qeydiyyatından keçməyibmiş.

Hazırda fəsadların tam aradan qaldırılması istiqamətində işlər tamamlanıb və faktla bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az