Rusiyada məhkəmə “Google”u “YouTube”da bəzi məzmunlara girişi bloklamadığı üçün 4 milyon rubl (təxminən 44 min dollar) cərimələyib. Google-a qarşı açılan işə paytaxt Moskvada baxılıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Məhkəmə “YouTube”da bəzi qadağan olunmuş məzmunlara girişin bloklanmadığı üçün qanuna əməl olunmadığına qərar verib və “Google”u 4 milyon rubl məbləğində cərimə ödəməyə məcbur edib.
Google əvvəllər də oxşar səbəblərə görə cərimələnmişdi.
Şirkətin Rusiyadakı törəmə şirkəti də maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün 2022-ci ildə iflas prosesinə başlayıb.