Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 1,5 milyona çatdırılacaq.
İnterpress.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu genişləndirilmiş kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, xarici təhdidlər səbəbindən hərbçilərin sayını 1,5 milyonadək artırmağı planlaşdırırlar.
S.Şoyqu bildirib ki, 2024-cü ildə Ukraynada xüsusi hərbi əməliyyat davam edəcək.