Rusiyada saxlanılan tanınmış azərbaycanlı vəkil Elman Paşayev haqqında maraqlı məlumatlar açıqlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası yazıb.
Media bildirir ki, Elman Paşayev Rusiya Silahlı Qüvvələrinin həqiqi hərbi qulluqçusu – müqaviləli hərbçi olduğu üçün Hərbi İstintaq Komitəsi tərəfindən saxlanılıb.
O, “DXR”-də 5-ci OMBSr-də xidmət edib, hansı ki, Aleksey Blinovski də əvvəlcə oraya təyin edilib. Paşayev hətta yaralanıb və bir neçə həftə Moskva xəstəxanasında yatıb.
Keçmiş vəkil Uqledar yaxınlığında həmkarı ilə birlikdə Ukraynaya məxsus pilotsuz uçan aparatın hücumuna məruz qalaraq yaralanıb.
Partlayışdan sonra Paşayev partlayışın dalğası ilə bir neçə metr aralı düşüb. Payızda isə bel nahiyəsindən xəsarət alıb.
O, cəbhədə aldığı zədə səbəbindən normal yeriyə bilmir.
Xatırladaq ki, Rusiyada keçmiş vəkil Elman Paşayev barəsində cinayət işi açılıb. O, dələduzluqda ittiham olunur və 10 ilə qədər azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur.
Xuraman Etibarlı
İnterpress.az