Moskva ətrafında “Su-57” qırıcı təyyarəsi qəzaya uğrayıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Moskva vilayətinin Lutsino kəndi yaxınlığında “Su-57” tipli hərbi qırıcı təyyarəsi təlim uçuşu yerinə yetirərkən qəzaya uğrayıb.
Hadisə zamanı təyyarənin pilotu qırıcını yaşayış binalarının üzərinə düşməkdən qorumaq üçün son ana qədər idarə edərək yaşayış məntəqəsindən uzaqlaşdırıb.
Hərbi təyyarəni yaşayış evlərindən kənarlaşdırdıqdan sonra pilot katapult edərək özünü xilas etməyi bacarıb.
Hadisə yerinə dərhal Rusiya Müdafiə Nazirliyinin xüsusi komissiyası və xilasedicilər cəlb olunub.
Qəza nəticəsində yerdə hər hansı bir dağıntı və ya xəsarət alanların qeydə alınmadığı bildirilir.
Hazırda qırıcının qəzaya uğrama səbəbləri araşdırılır.
Xuraman Etibarlı
İnterpress.аz






