Avqustun 1-dən Rusiyanın Kazan şəhərindən Bakıya yeni aviareys açılacaq.
İnterpress.az xəbər verir ki, bu barədə “İrAero” aviaşirkətinin mətbuat xidməti məlumat yayıb.
Uçuşlar bazar ertəsi həyata keçiriləcək.
Azərbaycanın paytaxtından uçuş yerli vaxtla saat 12:20-də, Kazana eniş isə saat 14:00-da nəzərdə tutulub. Tatarıstan paytaxtından yola düşmə – saat 15:00, Bakıya çatma – 18:40 üçün planlaşdırılıb.
Xatırladaq ki, bundan əvvəl Surqut-Bakı və Novosibirsk–Bakı marşrutu üzrə yeni reyslərin açılması barədə xəbər verilmişdi. Surqut-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə – bazar ertəsi və çərşənbə günləri həyata keçirir. Surqutdan uçuşlar səhərlər, Bakıdan axşamlar yerinə yetiriləcək. Novosibirsk–Bakı marşrutu üzrə aviareyslər həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri “Superjet-100” təyyarələri ilə həyata keçiriləcək.