Rusiyalı oliqarx Pyotr Kondraşevə qarşı iki cinayət işi açılıb.
İntertpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Kondraşevə artıq qiyabi ittiham irəli sürülüb və axtarışa verilib.
Məlumata görə, Solikamsk maqnezium zavodunun keçmiş sahibi mülki işdə xüsusilə böyük miqyasda dələduzluqda və sübutları saxtalaşdırmaqda ittiham olunur.
İşdə Kondraşevlə yanaşı, zavodun digər keçmiş səhmdarı İqor Pestrikov və digər naməlum şəxslər də iştirak edir.
İlkin məlumatlara görə, cinayət işləri maqnezium zavodunun payları ilə bağlı ola bilər.
Belə ki, Ural Dairəsinin Arbitraj Məhkəməsinin qərarlarından birində zavodun səhmlərinin 57% -dən çoxunun bir qrup şəxsin vicdansız hərəkətləri nəticəsində Kondraşev və digər fiziki şəxslərin nəzarətinə keçdiyi bildirilir.
Eyni zamanda, iş materiallarına əsasən, Kondraşev özü Avstriyanın vergi rezidentidir.
Xuraman Etibarlı
İnterpress.az