Sabah bəzi rayonlarda güclü külək əsəcək, qar yağacaq – XƏBƏRDARLIQbackend

Sabah bəzi rayonlarda güclü külək əsəcək, qar yağacaq – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın bəzi rayonlarında hava şəraitinin yanvarın 28-i axşamdan 29-u gündüzədək arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

İnterpress.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

Ayrı-ayrı yerlərdə yağıntıların qısa müddətə intensivləşəcəyi ehtimalı var.

Gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.