“Sütunlar kəndin ortasına qoyulacaq, sabah biz daha burada olmayacağıq, çünki kəndin bu hissəsi Azərbaycana keçəcək”.
İnterpress.az xəbər verir ki, bunu Kirants kənd sakinlərindən biri jurnalistlərlə söhbətində sərhədin demarkasiyası proseslərindən danışarkən bildirib.
Kirants sakini sərhəd dirəklərinin harada quraşdırılacağını soruşduqda belə cavab verib:
“Bizim arxamızda, kəndin ortasında, evlərin həyətində sərhəd dirəkləri quraşdırılacaq. Sabah siz də, biz də burada olmayacağıq. Çünki kəndin bu hissəsi Azərbaycana keçəcək”.
Qeyd edək ki, Kırants kənd rəhbəri prosesdən razı qaldığını bildirib.
Xuraman Etibarlı
İnterpress.az