Sabahdan Bakıda 11 avtobusun hərəkət qrafiki dəyişəcəkbackend

Sabahdan Bakıda 11 avtobusun hərəkət qrafiki dəyişəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda çimərlik mövsümünün başlanması ilə əlaqədar insanların çimərliklərə daha rahat şəkildə gedişini təmin etmək məqsədilə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemlərində dəyişikliklər ediləcək.

İnterpress.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Belə ki, aşağıdakı müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət qrafiki 15.06.2022-ci il tarixindən etibarən dəyişdiriləcək:

101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Türkan çimərliyinədək təşkil ediləcək;

107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Buzovna çimərliyinədək təşkil ediləcək;

146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Şüvəlan çimərliyinədək təşkil ediləcək;

171 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Sea Breeze” istirahət mərkəzinədək təşkil ediləcək;

172 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Bilgəh bağlarınadək təşkil ediləcək;

179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Pirşağı çimərliyinədək təşkil ediləcək;

180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinədək təşkil ediləcək;

182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Mərdəkan çimərliyinədək təşkil ediləcək.

Eyni zamanda yay mövsümündə vətəndaşların “Koroğlu” NMM-dən Mərdəkan çimərliyinədək (Şüvəlan – Buzovna yolu) ictimai nəqliyyatla birbaşa gedişinin təmin edilməsi üçün M10 nömrəli mövsümi ekspres marşrut xəttinin fəaliyyəti bərpa edilir.

Başlanğıc dayanacaq məntəqəsi “Koroğlu” NMM olmaqla, Şüvəlan – Mərdəkan çimərliyi (Şüvəlan – Buzovna yolu) istiqamətində əvvəlcədən müəyyən edilmiş dayanacaqlarda dayanmaqla vətəndaşlara xidmət göstərəcək. Marşrutun gediş tarifi 0,50 AZN müəyyən edilib.

M10 xəttinin istifadəyə verilməsi ilə Mərdəkan, Şağan, Binə və Yeni Suraxanı qəsəbələri istiqamətindəki digər yaşayış sahələrinin “Koroğlu” NMM-lə daha yaxşı əlaqələndirilməsi təmin olunacaq. Bu xətt üzrə bir istiqamətdə 13 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir.

Qeyd edək ki, sözügedən dəyişikliklər Bakı Şəhər İcra Hakimiyyəti başçısının Bakı şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili haqqında müvafiq sərəncamı nəzərə alınaraq 2022-ci il yay mövsümündə şəhər sakinlərinin bağlara və çimərliklərə gediş-gəlişinin təmin edilməsi məqsədilə həyata keçiriləcək.