Sahibə Qafarova: Asiya Parlament Assambleyasına mühüm çərçivə kimi baxırıqbackend

Sahibə Qafarova: Asiya Parlament Assambleyasına mühüm çərçivə kimi baxırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan parlamenti olaraq Asiya Parlament Assambleyasına (APA) mühüm çərçivə kimi baxırıq.

Bunu Azərbaycan parlamentinin sədri Sahibə Qafarova fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib.

Sədrin sözlərinə görə, bu gün APA-nın fəaliyyəti siyasi, iqtisadi, sosial, mədəni və digər mühüm sahələri əhatə edir:

“Parlamentlərimizi bir araya gətirməklə ölkələrimizin səylərini ümumi məqsədlər üçün daha da səfərbər edirik. Eyni zamanda, bu məqsədlərə nail olmaq üçün parlament bu işə öz töhfəsini verir.Azərbaycan parlamenti olaraq APA-ya mühüm çərçivə kimi baxırıq. Bu, bizim parlamentlərarası dialoqumuzu dərinləşdirməyə birgə istəyimizi əks etdirir. İnanıram ki, təşkilatın institusional potensialının inkişafı əməkdaşlığımızı daha da gücləndirəcək”.

“APA-nın Nizamnaməsi ilə tənzimlənən mövcud orqanların fəaliyyətinin gücləndirilməsi və səmərəliliyinin artırılması ilə Assambleyanın işi daha da gücləndirilə bilər. Yeni mexanizmlərin yaradılması da işimizi xeyli zənginləşdirəcək”, – S.Qafarova əlavə edib.