Rusiyada sahibsiz küçə heyvanlarının bəslənməsi qadağan olunacaq.
İnterpress.az xəbər verir ki, bununla bağlı Dövlət Dumasında artıq düzəlişlər təsdiqlənib.
— Əgər heyvan insanlara, əmlaka və digər heyvanlara zərər vurubsa və ya zərər vurmaq təhlükəsi yaradıbsa, onların evtanaziyasına icazə veriləcək.
— Əgər şəxs öz ev heyvanını itiribsə və 3 gün ərzində bu barədə səlahiyyətli orqanlara məlumat verməsə, o, heyvanı qəsdən küçəyə atdığı üçün cinayətkar sayılır.
— Qaçan ev heyvanının yaxasında etiket aşkar edilərsə, o, yalnız sahibinin istəyi ilə sahibinə qaytarılacaqdır. Əks halda, heyvan saxlama müddəti bitdikdən sonra evtanizasiya edilə bilər.
— Həmçinin sahibsiz heyvanları yemləmək və onların tutulmasının qarşısını almaq da qadağan olunacaq.
Xuraman Etibarlı
İnterpress.az