Salvadorda prezident Bukelenin partiyası Konqresdə çoxluq qazanıbbackend

Salvadorda prezident Bukelenin partiyası Konqresdə çoxluq qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

El Salvadorda prezident və ümumi seçkilər başa çatdıqdan sonra prezident Nayib Bukelenin partiyası Konqresdəki yerlərin bölgüsündə çoxluğu əldə edib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

El Salvador Ali Seçki Tribunalı (TSE) Bukelenin Yeni Fikirlər Partiyasının Konqresdəki 60 yerdən 54-nü qazandığını açıqlayıb.

Son 20 ildə ölkəni idarə edən iki mərkəz partiyası (FLMN və ARENA) hər biri iki, Xristian Demokrat Partiyası və VAMOS isə bir yer qazanıb.

Bukele tərəfindən qurulan və əmisi oğlu Xavi Zablah Bukelenin rəhbərlik etdiyi Yeni Fikirlər Partiyası Konqresdə mütləq əksəriyyət qazanaraq büdcə, beynəlxalq kreditlərin təsdiqi, fövqəladə vəziyyətin elan edilməsi və hökumətin təyin edilməsi kimi hərtərəfli səlahiyyətləri öz üzərinə götürdü.

TSE fevralın 4-də keçirilən prezident seçkilərində verilən səslərin 70 faizinin hesablandığını, hazırkı prezident Bukelenin isə səslərin təxminən 83 faizini aldığını açıqlayıb.