Samarada xəstəlik AŞKARLANDI – KARANTİN ELAN OLUNDUbackend

Samarada xəstəlik AŞKARLANDI – KARANTİN ELAN OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Samara şəhərində yaddaş itkisinə və hallüsinasiyalara səbəb olan xəstəlik aşkar edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bir sıra ərazilər karantinə alınıb.

Söhbət Malta qızdırmasının – xırdabuynuzlu heyvanların brusellyozunun yayılmasından gedir.

Xəstəlik yardımçı təsərrüfatın ərazisində aşkar edilib. İndi heç kimin ora getməsinə icazə verilmir, xəstə heyvanların müalicəsi, onların ixrac və idxalı, qoyun və keçilərin sağılması, həmçinin südündən pendirlərin hazırlanması qadağandır.

Xəstəlik insanlara ət, süd və pendir kimi zəif emal olunmuş heyvan məhsulları vasitəsilə ötürülür və xəstə heyvanlarla təmasda da yoluxa bilər.

Xuraman Etibarlı

İnterpress.az