San-Dieqoda iki yeniyetmə atışma törədib və daha sonra intihar edibbackend

San-Dieqoda iki yeniyetmə atışma törədib və daha sonra intihar edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

San-Dieqoda iki yeniyetmə atışma törədib və daha sonra intihar edib.

İnterpress.az xəbər verir ki, bu barədə “NBC News” yerli polisə istinadən məlumat yayıb.

ABŞ-ın San-Dieqo şəhərində dəhşətli insident qeydə alınıb. Məscidin girişində üç kişinin meyiti tapılıb.

Məlumata görə, hücumu iki yeniyetmə həyata keçirib və onlar hadisədən sonra intihar ediblər.

Hadisə baş verən zaman məscidin daxilində tələbələr və müəllimlər olub, lakin onlar xəsarət almayıblar.

Cinayətkarların hadisə yerindən bir neçə kvartal aralıda tapılan avtomobilində “islamafob” məzmunlu mətnlər aşkar edilib.

Polis hadisənin təfərrüatlarını və cinayətin motivlərini araşdırır.