Çində bir kişi doğum evinə getməyə o qədər tələsib ki, hamilə arvadı olmadan gedib.
İnterpress.az xəbər verir ki, bununla bağlı görüntülər küçə kameralarına düşüb. Çində bir kişi doğum evinə getməyə o qədər tələsib ki, hamilə arvadını aparmağı unudub.
Gecə saat ikidə qadının sancıları başlayıb. Əri xəstəxanaya getmək üçün lazım olan əşyaları maşına yükləməyə başlayıb.
Bütün bu müddət ərzində qadın dayanıb maşının yanında gözləyib, lakin ər arvadının küçədə qaldığını görməyərək maşını sürüb gedib.
Xuraman Etibarlı
İnterpress.az