Saxta müsahibəyə görə 200 min avro CƏRİMƏ ETDİLƏRbackend

Saxta müsahibəyə görə 200 min avro CƏRİMƏ ETDİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mixael Şumaxerin ailəsi saxta müsahibəyə görə məhkəmədə 200 min avro udub. 

İnterpress.az xəbər verir ki, Şumaxerin ailəsi Formula 1 yarışçısı ilə saxta müsahibə dərc etdiyinə görə Almaniyanın Funke Mediengruppe nəşriyyatından məhkəmə yolu ilə 200 min avro qoparmağa müvəffəq olub.

Müsahibə süni intellektdən istifadə edilməklə hazırlanıb.

Müsahibənin dərcindən sonra Şumaxerin ailəsi Münhen Əmək Məhkəməsinə müraciət edib və məhkəmə yarışçının ailəsinin xeyrinə qərar verib.

Eyni zamanda, məhkəmə nəşriyyatın rəhbərliyinin hüquqi mübahisəsi fonunda redaktor Anna Qofmanın işdən çıxarılması barədə qərarını qanunsuz hesab edib və o, işə bərpa edilib.

Xatırladaq ki, problemli müsahibə 2023-cü ildə Die Aktuelle jurnalında dərc olunub. Naşir həmçinin çaşdırıcı material dərc etdiyinə görə üzr istəyib.

Xuraman Etibarlı

İnterpress.az