Səhər idmanı sağlamlığa ZƏRƏRLİDİR – ARAŞDIRMAbackend

Səhər idmanı sağlamlığa ZƏRƏRLİDİR – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər səhər idman etməyin sağlamlığı təhdid etdiyini müəyyən ediblər.

İnterpress.az xəbər verir ki, “The New York Post” alimlərin araşdırması barədə məlumat yayıb. Avstraliyalı alimlər araşdırma aparıb və bu qənaətə gəliblər ki, səhərlər idmanla məşğul olmaq insan sağlamlığı üçün problemlər yarada bilər.

Erkən idman ürək-damar xəstəliklərinin inkişaf riskini artırır.

Araşdırmada 30 min kilolu insan iştirak edib. Onların orta yaşı 62 olub.

Təcrübə 8 il davam edib. Nəticədə məlum olub ki, axşam məşq edən iştirakçılar (18 saatdan sonra) səhər idman edənlərlə müqayisədə ürək-damar xəstəliklərinə tutulma riski 61% azdır.

Buna əsaslanaraq alimlər yalnız axşam saatlarında, yəni saat 18:00-dan sonra idmanla məşğul olmağı tövsiyə ediblər.

Bundan əvvəl rusiyalı professor Yevgeni Açkasov isti havalarda idmanla məşğul olmağın təhlükələri barədə xəbərdarlıq etmişdi. Yüksək temperaturda bədənə düşən stress insult və ya infarkt yarada bilər.

Xuraman Etibarlı

İnterpress.az