Şəhər meri: “Buçada kütləvi məzarlıqlar aşkarlanıb”backend

Şəhər meri: “Buçada kütləvi məzarlıqlar aşkarlanıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya qoşunlarının Kiyev yaxınlığında yerləşən Buça şəhərini tərk etməsindən sonra ərazidə kütləvi məzarlıqlar aşkarlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə DW-yə müsahibəsində şəhərin meri Anatoli Fedoruk bildirib.

Onun sözlərinə görə, “Ukraqrosnab” müəssisəsinin, “Promenistıy” uşaq düşərgəsinin ərazisində, Vokzalnaya və Yablunskaya küçələrində kütləvi məzarlıqlar tapılıb. Burada aldıqları çoxsaylı güllə yarası nəticəsində ölmüş, əlləri bağlı vəziyyətdə olan dinc sakinlərin meyitləri aşkarlanıb. Ümumi ölü sayı 320 nəfər təşkil edir.

“Hazırda mütəxəssislər – kriminalistlər, hüquq-mühafizə orqanlarının əməkdaşları meyitlər üzərində iş aparır, amma tapılan meyitlərin sayı günü-gündən artmaqdadır”, – o deyib.