Şəhid əsgərimizin 19 yaşı vardı – Fotobackend

Şəhid əsgərimizin 19 yaşı vardı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gecə Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

2002-ci il təvəllüdlü şəhidimiz Asif Əliyev əslən Siyəzən rayonunun Zarat kəndindəndir. O, subay olub.

A.Əliyev ötən ilin iyulunda hərbi xidmətə gedib, 2022-ci ilin yanvarında xidmətdən tərxis olunacaqmış. Şəhidin bir bacısı var.

O, Prezidentin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Şəhid əsgərimizin 19 yaşı vardı - Foto