Şəhriyar Kasparovu yenə məğlub etdibackend

Şəhriyar Kasparovu yenə məğlub etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

share

Dünən “Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsinin – Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Croatia Grand Chess Tour”un blits turnirində son 9 turun partiyaları oynanılıb.

İNTERPRESS.az xəbər verir ki, startda 10-cu turda fransalı Maksim Vaşye-Laqrav ilə heç-heçə edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov sonrakı qarşılaşmalarda rusiyalı Yan Nepomnyaşi, niderlandlı Jorden Van Forest, Rusiyanın daha bir şahmatçısı Aleksandr Qrişuk, polşalı Yan-Kşıştof Duda, eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov üzərində qələbə qazanıb.

On altıncı turda ukraynalı Anton Korobova məğlub olan şahmatçımız son turda keçmiş dünya çempionu hindistanlı Vişvanatan Anandla heç-heçə edib. Təmsilçimiz son turda niderlandlı Aniş Giriyə məğlub olub. Beləliklə 18 turda 10 xal toplayan Şəhriyar Məmmədyarov 6-cı yeri tutub.

Qeyd edək ki, bundan əvvəl turnir çərçivəsində rapid yarışı keçirilib. Yekun nəticələrə görə Şəhriyar Məmmədyarov 9 xalla 6-cı yerdə qərarlaşıb.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov seriyanın birinci yarışının – “Superbet Chess Classic Romania”nın qalibi olub.