Şəkidə yol qəzası: bir ailənin 4 üzvü yaralandıbackend

Şəkidə yol qəzası: bir ailənin 4 üzvü yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki şəhərində bir ailənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İnterpress.az-ın məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonunun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İkinci Biləcik kənd sakini, 1986-cı il təvəllüdlü Elvin Səlim oğlu Rəhimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb. Nəticədə sürücü 36 yaşlı E.Rəhimov, onun həyat yoldaşı və iki övladı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Elvin Rəhimovun vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.