“Qərbi Azərbaycan – İrəvan Xanlığı Torpaqlarına qayıdış İctimai Birliyi”nin rəhbəri, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) şöbə müdiri Səməndər Çaxmaqlı vəfat edib.
İnterpress.az xəbər verir ki, S.Çaxmaqlı bu gün dünyasını dəyişib.
Xatırladaq ki, S.Çaxmaqlı ötən il koronavirusa yoluxub sağalmışdı və bu xəstəliyi ağır şəkildə reankmasiyada keçirmişdi.
Qeyd edək ki, S.Çaxmaqlı interpress.az saytında mütəmadi olaraq elmi məqalələrlə çıxış edirdi.
Onun saytımızda dərc olunan yazıları ilə bu link vasitəsilə tanış ola bilərsiniz.
İnterpress.az-ın kollektivi S.Çaxmaqlının vəfatı ilə əlaqədar Allahdan ona rəhmət, yaxınlarına isə səbr diləyir.